Anqolada ADNSU-nun məzunları və dostları Assosiasiyası rəsmi qeydiyyata alınıb

Oktyabrın 10-da Anqola Respublikasının Ədliyyə və İnsan Haqları Nazirliyi ADNSU məzunları və dostlarının Assosiasiyasının - "Associaçao Dos Antigos Estudantes E Amigos Do İnstituto Superior De Petroleo E Quimica Do Azerbaijao - AZİ NEFT-KHİMİA" Nizamnaməsini təsdiq edib. Bu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) xarici ölkələrdə yaradılmış və məzunlarını birləşdirən ilk assosiasiyadır. Bu barədə SİA-ya universitetin mətbuat xidməyindən məlumat verilib. Məlumata görə, AAEAISPQA – AZI NEFT-KHIMIA Anqola Respublikasında yaradılmış və xarici ölkə məzunlarını birləşdirən ilk və yeganə belə qurumdur. Assosiasiyanın məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqələrin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycan və Anqlada müxtəlif istiqamətlər üzrə, o cümlədən anqolalı tələbələrin ADNSU-da ali təhsil alması üçün birgə layihələrin gerçəkləşdirilməsini nəzərdə tutur.

Qısa müddət ərzində Assosiasiyanın rəsmi fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...