BANM-da DAAD-ın təqaüd proqramı ilə bağlı tədbir keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyilə Ali Məktəbin yeni açılmış kampusunda DAAD (Almaniya Akademik Mübadilə Xidməti) təqaüd proqramı, onun perspektivləri, tələbələr üçün yaradılmış imkanlarda daxil olmaqla, proqramı hərtərəfli şəkildə izah edən geniş tədbir keçirilib.

BANM-dan SİA-ya verilən məlumata görə, DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını özündə birləşdirən qurumdur. DAAD-la Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı saziş imzalanmış və Bakı Ali Neft Məktəbi isə bu əlaqələrin genişlənməsində öz dəstəyini göstərməkdədir.

Tədbirdə DAAD Bakı Məlumat Mərkəzinin təmsilçisi Hikmət Kamallı iştirak edərək tələbələrə proqramın geniş təqdimatını etmiş və onların aktual suallarını cavablandırıb.

Təqdimatda təqaüd proqramının mahiyyəti və üstünlükləri, qeydiyyat və müraciətlə bağlı məsələlər detallı şəkildə tələbələrə izah edilib.

Qeyd edək ki, bir müddət öncə Bakı Ali Neft məktəbi Alman Akademik Mübadilə Xidmətilə “Şərqə Doğru” Proqramı çərçivəsində əməkdaşlıq edib, Almaniyanın nüfuzlu universitetlərindən olan tələbələr Bakı Ali Neft Məktəbində keçirilmiş “Bakı Yay Neft Məktəbi”ndə iştirak ediblər.

Hazırda DAAD təqaüd proqramlarına sənəd qəbulu açıq elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə