Bakı məktəblərinin I siniflərində 29700 şagird təhsil alacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan 325 ümumtəhsil müəssisəsində 325995 şagirdin təhsili ilə 33784 pedaqoji işçi məşğul olur. BŞTİ-dən SİA-ya verilən xəbərə görə, 2009-2010-cu tədris ilində Bakı məktəblərinin I sinfində 29664 şagird təhsil alıb ki, onların təlim-tərbiyəsi ilə 1341 müəllim məşğul olub. 2010-2011-ci dərs ilində I sinfə gedəcək şagirdlərin sayının təxminən 29700 olması proqnozlaşdırılır.

2009-2010-cu tədris ilində məktəbəqədər təhsil müəssisələrində 31037 uşağın tərbiyəsi işi 3572 tərbiyəçiyə həvalə olunub. Uşaqların sıxlığı nəzərə alınaraq bu il üçün daha 150 əlavə qrupun açılması və buraya 3000-nə yaxın uşağın cəlb olunması məsələsi reallaşmaq üzrədir. Bunun üçün daha 300 tərbiyəçi işlə təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...