Sınaq imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 49 116 abituriyentdən 2 655 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə