Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qəbul imtahanlarına daha yaxşı hazırlamaq məqsədi ilə ilin ilk sınaq imtahanını keçirir. SİA-nın verdiyi xəbərə görə, sınaq imtahanları respublikanın 28 şəhər və rayonunda ümumilikdə 46 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb və qeydiyyat internet vasitəsilə martın 28-dən aparılıb.
Qeyd edək ki, sınaq imtahanları bu gündən başlayıb. İmtahanlar mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək .Onların 3-ü təkrar, 4-ü isə yeni olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB