“Ümumdünya Qan Donoru” günü qeyd ediləcək

Azərbaycan ictimaiyyətinin diqqətini 14 İyun "Ümumdünya Qan Donoru" gününə

cəlb etmək, qan verən insanlara minnətdarlıq bildirmək məqsədilə silsilə tədbirlərə başlanır. SİA-nın xəbərinə görə, iyunun 13-dən başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində "İctimai Səhiyyə və İslahatlar" Mərkəzi, "İRƏLİ" İctimai Birliyi, "WHO Azerbaijan", "AAA" və digər təşkilatların təşəbbüsü ilə Azərbaycanda bu günün qeyd olunması planlaşdırılır.


Bu məqsədlə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və "İRƏLİ" Tibb Klubu "Ümumdünya

Qan Donoru" gününə həsr olunmuş tədbirə start verir. Layihə çərçivəsində gənclər arasında qanvermə ilə bağlı sorğu keçiriləcək, gənclər üçün maarifləndirici seminar təşkil olunacaq. Seminar 14 iyun saat 15.00- da "İRƏLİ" İctimai Birliyinin "ŞUŞA" zalında keçiriləcək.


Qeyd edək ki, hər il 14 iyun tarixi müxtəlif ölkələrdə qan donoru günü kimi, hər hansı bir

şüar altında qeyd edilir. 2012-ci ilin şüarı isə" Qan donoru - qəhrəmandır" elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...