TQDK qəbul imtahanlarında iştirak edəcək nəzarətçilər üçün seminar-məşğələlərə başlayır
Azərbaycanda ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları zamanı iştirak edən nəzarətçilərdən 116-sı təlimat qaydalarını pozub. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, təlim qaydalarını pozan nəzarətçilərin sayı ildən ilə azalır.
E. Nağızadə bildirib ki, bu gündən komissiya 2012-2013-cü tədris ili üçün ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlər üçün seminar məşğələlərinə başlayır. Mətbuat katibi qeyd edib ki, seminar məşğələlər Bakı daxil olmaqla, bölgələrin əksəriyyətində keçiriləcək və aprelin 6-dək davam edəcək.
TQDK mətbuat katibinin sözlərinə görə, son illərdə bu seminarları daha da effektiv etmək üçün seminar məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. E. Nağızadə vurğulayıb ki, seminar məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun hazırlamaqdan ibarətdir.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB