Azərbaycanda dərsliklə bağlı dövlət proqramı və ya mexanizmi hazırlanmalıdır

\"Bu gün bir valideyn kimi bugünki dərslikləri çox çətin və qarışıq olduğunu düşünürəm. Hətta Təhsil Nazirliyində bu məsələni qaldıranda bəziləri bunu indiki valideynlərin elmi səviyyəsinin aşağı olması ilə əlaqələndirib\". Bunu SİA-ya açıqlamasında Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev deyib. O bildirib ki, bu gün uşaqların biliyinə, dünyagörüşünə uyğun olmayan çoxsaylı qəliz, çaşdırıcı, bir-birini inkar edən məsələlər var.

Çoxlu orfoqrafik səhvlərin də olduğunu deyən N.Quliyevin sözlərinə görə, bəzi hallarda uşaqların qavraya biləyəcəyi, köhnə sovet dövründən qalma bəzi terminlər var ki, onları 6-7 uşaqlar bilmir və bilməyə də borclu deyillər: "Ona görə də hesab edirəm ki, çox qısa zamanda Azərbaycanda dərsliklə bağlı dövlət proqramı və ya mexanizmi hazırlanma və yekun standartlar qəbul olunmalıdır. Bunların əsasında uşaq bağçalarından başlayaraq bunlar tətbiq edilməlidir ki, uşaqlar təcrübə meydanına çevrilməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə