Gəncədə ali məktəblərə qəbul imtahanlarına hazırlıq işləri yekunlaşıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) xətti ilə ali məktəblərin 3-cü ixtisas qrupu üzrə Gəncə şəhərində keçiriləcək qəbul imtahanlarına hazırlıq işləri yekunlaşıb. Bu barədə SİA-nın bölgə müxbirinə TQDK-nın Regional Bölməsinin böyük məsləhətçisi Nəsimi Məmmədov məlumat verib. Onun sözlərinə əsasən qərb bölgəsi üzrə ali məktəblərə sənəd verən 3800 abituriyentin imtahan verməsi üçün 6 orta məktəb binası ayrılıb. Bir gün öncə imtahanın keçiriləcəyi binalar yoxlanıldıqdan sonra giriş qapıları möhürlənəcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB