CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 18-də 118,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,76 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 117,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,72 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 111,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,18 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə