Türkiyə-Azərbaycan iqtisadi və dostluq münasibətləri günü-gündən inkişaf etməkdədir. Qardaş ölkədən növbəti nümayəndə heyəti 21-22 oktyabr tarixlərində Azərbaycanda işgüzar səfərdə olublar.

Layihə Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənmişdir.

Layihənin təşkilatçısı SET Qrup şirkətinin rəhbəri Alper Alveroğlu öz çıxışında bildirib ki, bizim məqsədimiz hər iki ölkədəki dostluq və iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsində iştirak etmək, qardaş Azərbaycana daha da faydalı olmaqdır. Alper Alveroğlu həmçinin Qarabağ müharibəsində müzəffər Azərbaycan ordusunun qələbəsindən qürur duyduqlarını bildirib.

Qeyd edək ki, səfər zamanı yerli şirkətlərə ziyarətlə yanaşı, yerli sahibkarlarla ikili iş görüşmələri də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə