İsveçrə vətəndaşlarını enerji böhranına hazırlayır

İsveçrə hökuməti qarşıdan gələn qış fəslində ölkənin bütün istehlakçılarını elektrik enerjisi ilə təmin etmək üçün kifayət qədər gücün olmayacağını bəyan edib.

Xüsusilə, hökumət elektrik enerjisinin kəsilməsi halında istehlakı azaltmaq üçün müəyyən tədbirlərin görülməsi barədə təşkilatlara bildiriş göndərməyi planlaşdırır.

Eyni zamanda, böyük elektrik stansiyalarından ən azı birində qəza baş verərsə, ölkə iki gün müddətinə enerjisiz qala bilər. Belə ki, İsveçrənin Avropanın elektrik bazarına girişi yoxdur.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə