"Bu, Azərbaycanın turizm potensialını qat-qat artıracaq" - EKSPERTİN MÖVQEYİ

"2003-cü ildən xeyli zaman ötüb. Biz hazırda 2021-ci ildəyik. Nəzərə alsaq ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatı, Azərbaycan dövlətçiliyi bir yol qət edib. Eyni zamanda iqtisadiyyatın bir qolu kimi turizm kənd təsərrüfatı sahəsi kimi ölkə iqtisadiyyatının prioritet sahələrindən biri kimi qiymətləndirilib və bununla bağlı müəyyən qanunlar və fərmanlar imzalanıb". Bunu SİA-ya açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, turizmin inkişafı ilə bağlı istər 2010-2014, istərsə də 2014-2018-ci illər dövlət planları və ondan başqa devalivasiyadan sonrakı müddətdə 2016-cı ildə ixtisaslaşmış turizm sahəsinin strateji yol xəritəsinin hazırlanması ölkə turizminin 2020-2025-ci illər və sonrakı dövr üçün olan bir yol xəritəsidir ki, bu da bizim əldə əsas sənədlərimizdən biridir.

Bu haqda Ceyhun Aşurbəyli fikirlərini belə izah edib: "Artıq turizm sahəsində olan bütün əngəllərin aradan qaldırılması, yeni təkmilləşmə yolunun seçilməsi bu sənəddə xüsusilə vurğulanır. Bu sənəd, demək olar ki, bir çox məsələlər, istər nəqliyyat məsələləri, ölkə açıqlığı, vizanın asanlaşdırılması, kadrların yetişdirilməsi, paytaxtın xüsusi bir turizm məkanı kimi təqdim edilməsi, regionlarda turizmin inkişafı, kadrların sertifikatlaşdırma məsələlərinin, demək olar ki, əsas turizm dayaqlarının, ölkəyə turist gəlişinin artırılması ilə bağlı mühüm ciddi tədbirlər planını özündə ehtiva edir. Bundan başqa 2018-ci ildə Prezidentin fərmanı ilə artıq Dövlət Turizm Agentliyi yarandı. Əvvəllər bu sahəni Mədəniyyət və Turizm Nazirliyi koordinasiya edirdi. DTA-nın yaradılması ilə turizm sahəsində bütün koordinasiya işləri bu qurum tərəfindən aparılır. 2003-cü ildən 2019-cu il də daxil olmaqla ölkəyə gələn turist sayı 3 dəfə artıb. Yəni, qlobal problem olan pandemiyaya qədər ölkəyə turist gəlişi 2003-cü illə miqyasda 3 dəfə artıb. Bunun səbəbi asan vizanın tətbiq edilməsi olub. Eyni zamanda otellərin 5 dəfə artaması buna şərait yaradıb. İndi bizim qürur mənbəyimiz olan Qarabağ düşməndən azad edilib. Hörmətli Prezident oranın turizm potensialından xüsusi bəhs edib. Bizim orada ənənəvi turistik məkanlarımız var. Biz inanırıq ki, yaxın günlərdə həmin ərazilər bərpa ediləcək. Beləliklə, bu da Azərbaycan turizminə öz qatqısını verəcək. Ümumiyyətlə, Qarabağda inşa edilən və inşası davam etdirilən beynəlxalq aeroportların da turizmə xüsusi qatqısına inanırıq. Bu da Qafqazın təhlükəsiz zonası olan Azərbaycanın turizm potensialını qat-qat artıracaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...