Müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 3 fakt üzrə 5000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

SİA Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən bildirir ki, Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “MAN”, “Mercedes Benz Actors” və Türkiyə vətəndaşının “DAF” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən ümumilikdə 5000 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə