"Toyota" şirkəti COVİD-19 səbəbilə ölkədə yerləşən 5 zavodun fəaliyyətini dayandırıb

Yaponiyanın "Toyota Motors" avtomobil istehsalçısı yeni növ koronavirus (COVİD-19) səbəbilə ölkədə yerləşən 5 zavodunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərar qəbul edib.

SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, sözügedən zavodlar Yaponiyanın Ayti və Fukuoka prefekturalarında yerləşir. Zavodların fəaliyyətinin durdurulması bu ərazidə yerləşən yeddi "Toyota" istehsal xəttinin müvəqqəti dayanması ilə nəticələnəcək.

Bildirilir ki, zavoddan asılı olaraq fəaliyyətin bərpası 6-15 aprel tarixlərində nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə