120 tibb işçisinə 200 manat dəyərində hədiyyə kartı verilib

Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib. SİA xəbər verir ki, həmçinin xüsusi rejimli xəstəxanalarda xidmət edən 120 nəfər tibb işçisinin ailələrinə 200 manat dəyərində hədiyyə kartı verilib.

Bu kart vasitəsi ilə onlar "Bravo" supermarketlər şəbəkəsindən ərzaq və gündəlik tələbat mallarını ala bilərlər. Məqsəd, sağlamlıqlarını risk altına ataraq koronovirusun yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənarda qalan tibb işçilərinə dəstək olmaqdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə