Gürcüstanlı nazir Azərbaycana gələcək

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava fevralın 27-də Azərbaycana səfər edəcək. Nazirin səfərinin məqsədi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak etməkdir. Naziri böyük nümayəndə heyəti müşayiət edəcək. N.Turnava səfər çərçivəsində Azərbaycanda bir sıra görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə