Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan qadının Seçki Hüququ 100 illik yubileyi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edib.
Əli Həsənov ölkə başçısı İlham Əliyevin Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu səsləndirib. Beynəlxalq qadınlar günü münasibətilə bütün qadınları təbrik edib.
Sonra Prezidentin sərəncamı ilə təltif olunan qadınlara mükafatlar təqdim edilib.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə fəaliyyətində fərqlənən xanımların yüksək təltiflərə və fəxri adlara layiq görülməsi dövlətin qadınlara yüksək diqqət və etimadının növbəti ifadəsidir.
Komitə sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti haqqında da danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə