Depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur

Depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən SİA-ya verilən xəbərə görə, oktyabrın 23-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99% təşkil edir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB