AÇG yataqlar blokundan 126,683 milyard dolları gəlir əldə olunub

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2017-ci ilin oktyabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən SİA-ya verilən məlumata görə, bu ilin 9 ayında AÇG yataqları üzrə fond 4,574 mlrd. dollar gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən 2017-ci ilin oktyabrın 1-dək AÇG yataqlar bloku üzrə 126,683 mlrd. ABŞ dolları gəlir əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə