"Qarşıya qoyulan vəzifələr ölkə iqtisadiyyatının inkişafı üçün vacibdir" AÇIQLAMA

"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatı ilə bağlı qarşıya qoyduğu vəzifələr ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, insanların həyat şəraitinin yaxşılaşmasına istiqamətlənib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Dövlət başçısının kənd təsərrüfatı sahəsinin sürətli inkişafı ilə bağlı verdiyi tapşırıqların mühüm əhəmiyyət daşıdığını dilə gətirən deputat bildirib ki, əsas məqsəd bu sahənin inkişaf etdirməkdir: "Prezident ötən günkü iclasda sahibkarlığın inkişafına diqqətin daha da artırılması ilə bağlı məsələlərə də toxundu. Təbii ki, bütün bunlar ölkəmizin neftdən asılılığın maksimum şəkildə azaldılmasına xidmət edir ".

Regionlarda iqtisadiyyatın inkişafı üçün xeyli işlərin görüldüyünü dilə gətirən T. Rzayev kənd təsərrüfatı sahəsində müəyyən məsələlərin təcili və fəal şəkildə həll olunmasının vacibliyini qeyd edib: "Eyni zamanda aqrar sahədə kadr potensialının inkişafına diqqət yetirilməlidir, çünki yeni gətirilən müasir, kompüter sistemi ilə təchiz edilmiş texnikanın istifadəsi yeni savadlı kadrların olmasını tələb edir. Bütün bu tədbirlər göstərir ki, bu gün aqrar sahənin inkişafı mühüm bir vəzifədir və Prezidentin bu istiqamətdə qarşıya qoyduğu tapşırıqlar ölkə iqtisadiyyatının inkişafı üçün çox vacibdir ".

Bütün xəbərlər Facebook səhifəmizdə