“TAP Avropanın enerji asılılığının həllində mühüm rol oynayacaq”

Avropa Parlamentinin Sosialistlər və Proqressiv Demokratlar Alyansının üzvü, Slovakiyadan olan deputat Katarina Nevedalova Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırıb.

K.Nevedalova vurğulayıb ki, Trans-Adriatik qaz kəməri (TAP) Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından önəmli olmaqla yanaşı, həm də enerji təhlükəsizliyi və enerji asılılığı kimi vacib problemlərin də həllində mühüm rol oynayacaq.

Bildirib ki, Avropa Parlamentinin slovakiyalı bir üzvü olaraq, mənə bir neçə il əvvəl Şərqi Avropa ölkələrinin çoxunun Rusiya ilə qaz təchizatında yaranmış problemləri xatırlamaq çətin deyil. Ona görə də müasir şəraitdə enerji mənbələrinin diversifikasiyası proqnozlaşdırılması mürəkkəb olan dünya bazarında hədsiz vacib məsələdir.

Bütün xəbərlər Facebook səhifəmizdə