Səfir: “İranla Azərbaycan arasında ticarət dövriyyəsi əsasən qeyri-neft sektorunu əhatə edir”

İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 532 mln. dollar təşkil edir
Səfir: “İranla Azərbaycan arasında ticarət dövriyyəsi əsasən qeyri-neft sektorunu əhatə edir”

"İran İslam Respublikası və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin həcmi 532 mln. dollar təşkil edir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Səfir bildirib ki, bu ticarət dövriyyəsi əsasən qeyri-neft sektorunu əhatə edir: "İki ölkə arasında təxminən bu həcmdə də qeyri-rəsmi ticarət mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə