Səfir: “İranla Azərbaycan arasında ticarət dövriyyəsi əsasən qeyri-neft sektorunu əhatə edir”

17 Dekabr 2013 12:00 (UTC+04:00)

"İran İslam Respublikası və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin həcmi 532 mln. dollar təşkil edir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Səfir bildirib ki, bu ticarət dövriyyəsi əsasən qeyri-neft sektorunu əhatə edir: "İki ölkə arasında təxminən bu həcmdə də qeyri-rəsmi ticarət mövcuddur".