Bakı-Ceyhan kəməri vasitəsilə Azərbaycan neftinin ixrac artıb
Bu ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 327 099 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.
Bu ilin yanvar-noyabr aylarında isə bu kəmərlə 27 267 792 ton neft ötürülüb ki, bu da ötən ilin 11 ayı dövrü ilə müqayisədə 0,2% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il dekabrın 1-ə qədər BTC-yə 232 719 606 ton neft vurulub.
Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə 185 540 ton Türkmənistan nefti, 243 683 ton isə Qazaxıstan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə