"Ağcabədi" Elektrik Şəbəkəsində (EŞ) cari ilin may ayında keçirilmiş reydlər zamanı 47 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 1 milyon 31,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 61,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. Bu məbləğin 46 faizdən artıq hissəsinin ödənişi təmin olunub. Cari ilin ötən 5 ayı ərzində isə burada 298 qayda pozuntusu aşkar edilərək akt tərtib edilib. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 2 milyon 214,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 132,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Bunun da 60 faizə yaxın hissəsinin ödənişi təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB