Bu gün səhər saatlarından etibarən Gürcüstandan Ermənistana qaz nəqlini dayandırılıb. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, qaz nəqlində fasilənin yaranmasına səbəb "ArmRosQazprom" şirkətinin Şimali Qafqaz-Zaqafqaziya magistral qaz kəmərinin 67-68 kilemtrliyində qəza-bərpa işlərinin aparılmasıdır. Gürcüstan tərəfinin verdiyi məlumata görə, işlər mümkün qədər tez yekunlaşdırılacaq. Bundan sonra erməni qaz istehlakçılarının qaza olan təminatı fasiləsiz ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB