Gürcüstandan Ermənistana qaz nəqli dayandırıldı

16 Dekabr 2011 19:31 (UTC+04:00)
Bu gün səhər saatlarından etibarən Gürcüstandan Ermənistana qaz nəqlini dayandırılıb. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, qaz nəqlində fasilənin yaranmasına səbəb "ArmRosQazprom" şirkətinin Şimali Qafqaz-Zaqafqaziya magistral qaz kəmərinin 67-68 kilemtrliyində qəza-bərpa işlərinin aparılmasıdır. Gürcüstan tərəfinin verdiyi məlumata görə, işlər mümkün qədər tez yekunlaşdırılacaq. Bundan sonra erməni qaz istehlakçılarının qaza olan təminatı fasiləsiz ödəniləcək.