Bankın bağlanması əmanətin itirilməsi deməkdirmi? - İQTİSADÇI DANIŞDI
"Azərbaycanda bank bağlanarsa, müəyyən hallarda əmanətin itirilməsi mümkündür. Əmanətlərin Sığortalanması Fondu yalnız müəyyən şərtlərə uyğun əmanətləri sığrtalayır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, ƏSF-nin məqsədi depozit sektorunda riskləri azaltmaq olmalıdır və bu onun nizamnaməsondə aydın yazılmalıdır. Lakin hesab edirəm ki, Fond hazırkı formada depozit sektorunda özü risklər yaradır:
Onun fəaliyyətinin müəyyən məhdud çərçivəsi var və bu çərçivə daxilində bank sektorunda risklərin idarə olunması ilə bağlı problemlər qalmaqdadır.
Bank müflis olarsa, ƏSF bankın aktivlərini müəyyən edib öhdəliklərin qarşılanmasına yönəldir. Lakin ƏSF əvvəl öz komissiyasını götürür, sonra o bankda əmanət yerləşdirmiş hüquqi şəxslərə və ƏSF-nin faiz dərəcəsi və sair kimi şərtlərindən kənar şərtlərlə əmanət yerləşdirlənlərə qarşı qərəz tətbiq edərək onları ödəniş növbəsində arxaya atır, bunların nəticəsində hüquqi şəxslər və sair qeyd olunan əmanətçilər əmanətini itirir.
Burada əvvəla, ƏSF sığorta fondu kimi iştirak etmədi, sığortalayacağını söz verdiyi əmanətləri özü ödəmədi, həmin bankda vəsait yerləşdirmiş olan hüquqi şəxslərin və digər əmanətçilərin hesabına ödəmiş oldu. İkincisi, ƏSF əmanət sektorunda riskləri azaltmaq əvəzinə, yeni növ risk yaratmış oldu: ƏSF olmasa, hüquqi şəxslər və digər kateqoriyalar üçün daha az risk var.
Fiziki şəxslərin əmanətləri üzrə ƏSF-nin faiz dərəcəsi ilə bağlı limitləri tətbiq edilir: xarici valyutada 2.5 faiz, manatla olan əmanətlərdə 12 faiz. Bu limitlər bazarda məhdudlaşdırıcı təsirə malikdir, yəni banklar bundan yuxarı faizlə depozit xidmətləri verməyə meyllidirlər. Beləliklə, ƏSF depozit faizlərini süni şəkildə aşağı salmaqla, əmanət bazarının həcmini və sektorun iqtisadi səmərəliliyini azaldır.
Fond faiz dərəcələrinə yox, bankların riskliliyinə nəzarət etməli idi və məhdudiyyətlərini burada tətbiq etməli idi. Amma Fond indi riskləri düzgün idarə edən və etməyən banklar arasında fərq qoymur, hamısına eyni xidmət haqqı tətbiq edir və nəticədə banklardakı riski mükafatlandırır, riski təşviq edir və əmanət sektorunda riski bir də bu səbəbdən, bilərəkdən artırır.
Bu məsələnin bilərəkdən davam etdirildiyini deməyimin səbəbi odur ki, qeyd olunan problemlərlə bağlı iradlar dəfələrlə, hətta on il əvvəl də mənim tərəfimdən Mərkəzi Banka və digər aidiyyəti qurumlara çatdırılıb. Buna baxmayaraq, hesab edirəm ki, riskli yanaşmalar davam etdirilir.
Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bank hesablarında saxladıqları vəsaitlərlə bağlı da müəyyən məhdudiyyətlər mövcuddur. Belə hesabda 20 min manatdan yuxarı olan hissənin sığortalanmaması halında bank bağlandıqda həmin məbləğin itirilməsi riski yaranır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB