Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 800 əməkdaşının hər biri üçün 10 min manatlıq könüllü tibbi sığorta xidmətinin satın alınması üzrə açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 30-na qədər AYNA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov, 5 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 30-da, saat 12:30-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə