"Qarşıya qoyduğumuz hədəflərə qısa müddət ərzində nail olacağıq” - RƏY BİLDİRİLDİ

“Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamın imzalanması çox önəmlidir. Çünki Azərbaycan külək, günəş enerjisindən istifadə istiqamətində çox önəmli layihələr həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, artıq bir çox şirkətlərlə müvafiq məsələ ilə əlaqədar danışıqlar aparılır, mühüm addımlar atılır: “Biz bu gün Azərbaycanın sözügedən məsələ ilə bağlı kifayət qədər uğurlarının olduğunu deyə bilərik.

Hesab edirəm ki, alternativ enerji və COP29-un ölkəmizdə keçirilməsi baxımından da bu cür pilot layihələrin hazırlanması vacibdir və qısa zamanda öz müsbət nəticəsini verəcək. Azərbaycan alternativ enerji mənbələri baxımından regionda lider ölkəyə çevriləcək və qarşıya qoyduğumuz hədəflərə də qısa müddət ərzində nail olacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə