“Azərişıq”dan pilot layihə: Vətəndaşlar üçün yüksəksürətli internet
“Azərişıq” ASC “Rəqəmsal Şəbəkə” layihələri üçün inteqrasiya olunmuş fiber-optik kabelli 35 kilovoltluq yeraltı kabellər və özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkməyi planlaşdırır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər “Azərişıq”ın 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planında (ASİP) öz əksini tapıb.
ASİP-də qeyd edilir ki, bununla bağlı pilot layihə hazırlanır. Belə kabellər ASC-nin abonentlərini elektrik enerjisi ilə bərabər, etibarlı yüksəksürətli internet və rabitə ilə təmin etməsinə imkan verəcək, bununla dövlət büdcəsinə qənaət ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB