Laçın rayonu üzrə heyvandarlıq məhsulları istehsalı artıb

Laçın rayonu üzrə heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Rayon Statistika İdarəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında rayon üzrə 1907,3 ton ət, 16 min 740,1 ton süd, 275 ton yun və 3904 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 33,8 faiz, yun istehsalı 20,1 faiz, yumurta istehsalı isə 14,4 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə