Muzeylər haqqında məlumatları daha tez əldə edə biləcəyik FOTOLAR

Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən muzeylərin elektron bazasının yaradılması ilə bağlı “Museum.az” internet səhifəsi yaradılıb. SİA-nın məlumatına görə, “Museum.az” internet bələdçisi Azərbaycanda fəaliyyət göstərən muzeylər haqqında 3 dildə (Azərbaycan, rus, ingilis) məlumatları təqdim edir.

İnternet bələdçi ana səhifə, muzeylər, tədbirlər, media (xəbərlər, 360 tur), nadir eksponatlar, xəritə və biletlərin online alınması bölmələrindən ibarətdir. Eyni zamanda, burada Heydər Əliyev Mərkəzləri ilə bağlı xüsusi bölmə yaradılıb.

“Museum.az” internet bələdçi səhifəsində nazirlik tərəfindən işlənilmiş “Azerbaijan 360”, “google.map” proqramları və i-ticket online bilet satışı bölmələri inteqrasiya edilib. Müvafiq kateqoriyalar üzrə (muzeyin adı, profili və s.) istənilən muzey haqqında dolğun məlumatları sayt vasitəsilə əldə etmək mümkündür.Ana səhifədə gözlənilən tədbirlər haqqında anonslar nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə