Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Alxan Məmmədovun (Alxan Bayramoğlu) anadan olmasının 65 illiyi münasibətilə “Alxan Bayramoğlu – 65” adlı kitab sərgisi açılıb.
Milli Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə ədəbiyyatşünas-alimin müəllifi olduğu əsərlər, elmi redaktoru, “Ön söz” yazdığı, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB