Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema kinoteatrının Lazer zalında Aleksey Uçitelin böyük marağa səbəb olmuş “Matilda” filmininmedia nümayişi baş tutub. SİA-nın məlumatına görə, tədbirdə Opera və Balet tearından qonaqlar, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin media xidməti, tanınmış kinorejissorlar, bloggerlər, müğənnilər, digər tanınmış simalar və mədəniyyət xadimləri iştirak ediblər. Tədbir Park Bulavr ticarət mərkəzi və Zeytun restoranının dəstəyi ilə həyata keçirilib.

Bu, xeyirxah şəhzadə və gözəl balerinadan, onların ehtiraslı məhəbbəti və bu məhəbbəti sındıran ictimai təbəqə maneələrindən, vətənə olan borcun iki gənc üçün təbii olan ehtrası məğlub etməsindən bəhs edən bir nağıldır. Adətən bu cür filmləri izləyərkən tamaşaçılar göz yaşlarına qərq olur: hər iki qəhrəmanı sevir, onların puç olmuş sevgilərinə üzülür, lakin öz borclarına olan sadiqliklərinə də rəğbət bəsləyirlər – “Roma tətilləri” filminin son səhnəsini xatırlayın, şəhzadə öz sevdiyi ilə baxışları ilə vidalaşaraq öhdəliklərinə qayıdır.

Bu, tarixi həqiqətə iddia etməyən, klassik balet ənənələrini hər zaman qoruyub saxlayan görkəmli balerina, lakin eyni zamanda rus taxtının son vəliəhdi Nikolaya II aşiq olmuş sıradan bir həssas qız olan Matildanın həyatından bəhs edən gözəl bədii filmdir.

Tarixdən isə yalnız növbəti kinomifə keçmişə aparan reallıq oxşarlığını verəcək faktlar götürülüb: çar qatarının Borki stansiaysındakı qəzasının effektli şəkildə əks olunması, Xodınka faciəsinintəsirli şəkildə musiqi ilə uyğunlaşdırılması, gələcək imperatorun qəlbində qopan fırtınanın kulminasiyası kimi təqdim olunan təntənəli tacqoyma mərasimi. Tarixin də təsdiqlədiyi kimi, bu fırtınadan sonra dövlət qayğıları və ailə səadəti ilə birgə sərt imperiya quruluşuna qayıdışla onun qəlbinə sakitlik çökür, ta ki, final yazıların bizə xatırlatdığı tragik sonluğadək.

2 gündən sonra isə Bakı tamaşaçıları Park Cinema kinoteatrının böyük ekranlarında “Matilda” filmini izləyəcək və Rusiya kinosu tarixində ən qalmaqallı filmi haqda öz fikirlərini formalaşdıra biləcəklər.

Balerina Matilda Kşesinskayanın həyatından bəhs edən “Matilda” filmi Rusiyada olduğu kimi Azərbaycanda da 26 oktyabr tarixində rus dilində azərbaycan altyazısı ilə ekranlara çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...