Rusiya 38-ci Beynəlxalq Moskva Film Festivalına hazırlaşır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, festivalın bu il 23-30 iyunda keçirilməsi nəzərdə tutulub.
Festival çərçivəsində yarışacaq filmlər əsas müsabiqə, sənədli filmlər, qısametrajlı filmlər, müsabiqədənkənar nümayiş, Rusiya filmləri proqramları üzrə dəyərləndiriləcək. Əsas müsabiqədə 12-dən, sənədli filmlər proqramında isə 7-dən çox film yarışacaq.
Müsabiqənin münsiflər heyəti tərəfindən ekran əsərlərinə ilkin baxış aprelin 25-dən mayın 1-nə kimi baş tutub.
Qeyd edək ki, Moskva Film Festivalı ilk dəfə 1935-ci ildə keçirilib. Əvvəllər "Sovet Film Festivalı Moskvada" adlanan müsabiqənin münsiflər heyətinin rəhbəri tanınmış sovet rejissoru Sergey Eyzenşteyn olub. Festival rus kino tarixinin klassikasına çevrilən "Çapayev" filminin nümayişi ilə açılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB