"Atatürk" Mərkəzinin şöbə müdiri, şair, publisist Əkbər Qoşalının Novruz bayramının tarixi kökləri ilə bağlı SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
-Əkbər müəllim, Novruz bayramıdır. Bu bayram türk müsəlman dünyası üçün nə deməkdir?
-Bu bayram türk dünyasının bəşəriyyətə töhfəsidir. Novruz bayramı əsrlərin o tayından gələn hadisədir. Bizim əcdadlarımız hələ Peyğəmbərlərin zamanından öncə göy cisimlərinin hərəkətinə, təbiətin oyanışına əsasən, gələcəkdə baş verəcəkləri anlaya bilirdilər. Bu, kosmik informasiyaya malik olmağın təzahürü idi. Bütün bunlar bizim kökümüzün qədimliyindən xəbər verir. Xristian aləmi İsa Peyğəmbərin mövludunu qeyd edib, eranın başlanğıcını da həmin hadisəyə əsasən hesabladığı halda, bizim tarixi başlanğıcımız Peyğəmbərlərin dövründən də qədimdir. Buna görə də, biz təqvimin dəyişməsini məhz Tanrının təqdiri kimi qiymətləndirmişik və qış fəslindən yaza keçidi qeyd etmişik. Bu, insanların həyat tərzindən qaynaqlanıb.
-Novruz bayramı bütün türk müsəlman dünyasında qeyd olunsa da, bəzi xalqlar bunu özününkiləşdirməyə çalışır. Əslində, bu bayramın Azərbaycan xalqına məxsus olduğunu demək doğrudur?
-Bunu sübut edən bir çox versiyalar var. Əsatirə görə, bizim ulu babalarımız təbiət hadisələri ilə və başqa xalqlarla yaşanan problemlərlə əlaqədar olaraq, iki dağ arasında yaşam qurublar. Beləcə, nəsil artırmağa, ərazilərini daha da genişləndirməyə başlayıblar. Onlara yol göstərən bozqurdun köməkliyi ilə geniş dünyaya addım ataraq, həmin günü bayram kimi qeyd ediblər. Bu, Novruzun bizim bayram olmasını təsdiqləyir. Bizimlə qonşu olan tacik, farslar və digər xalqlarla qurduğumuz mədəni əlaqələrin nəticəsində isə zamanla bayramın ünsürləri mənimsənilib. Bunu da təbii qəbul etmək lazımdır.
-Bəzi ekspertlər iddia edirlər ki, Novruzun atributu olan Kosa və Keçəlin xristian dünyasında qeyd olunan Yeni il bayramındakı Şaxta baba ilə fərqi ondadır ki, Şaxta baba sovqat payladığı halda, Kosa və Keçəl əl açırlar. Bu da təbii olaraq, tənqid hədəfinə çevrilir. Bununla bağlı nə deyə bilərsiz?
-Bunlar tamamilə, fərqli hadisələrdir. Əslində, xristianların qeyd etdiyi Yeni il bayramının rəmzlərinin də tarixi köklərini araşdırsaq, bunun bizim keçmişimizlə əlaqədar olduğu ortaya çıxar. Çünki, bildiyiniz kimi, dini tariximizə əsasən, biz xristianlıq, atəşpərəstlik, şamanizm və bu kimi digər dinlərin təsiri altında olmuşuq. O ki, qaldı, dediyiniz müqayisəyə, Kosa və Keçəlin yığdığı və Şaxta babanın payladığı sovqatın hər ikisi onsuz xalqa məxsusdur. Novruz atributlarının topladığı sovqat xalqın müdafiəsiz təbəqəsinə yardım məqsədi daşıyır. Şaxta baba və Qar qızın payladığı bayram hədiyyələri isə daha çox uşaqlara şamil olunur. Bu ritual da əslində, sovetlər dönəmində ortaya çıxıb. Kosa və Keçəl rəmzlərinin tarixi isə uzaq keçmişə dayanır.
-İddia olunur ki, əvvəlki illərlə müqayisədə gecə ilə gündüzün bərabərləşməsi martın 21-də deyil, fərqli bir gündə olacaq. Belə bir ehtimal var?
-Əslində, Milli Elmlər Akademiyasının və Şamaxı Astrofizika Rəsədxanasının bununla bağlı verdiyi açıqlama haqqında məlumatım yoxdur. Ancaq bu hadisənin martın 21-dən 22-nə keçən gecə baş verməsi hələ əcdadlarımızdan günümüzə gələn tarixdir. Bununla bağlı, müəyyən gün dəyişikliyinin olması mümkündür.

Xəbər lenti
Azərbaycanda 40 dərəcə isti qeydə alınıb
Sosial 11:19Vulkan 9 km hündürlüyə kül atıb
Dünya 11:15Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:00Amerikalı basketbolçu ulduz Bakıda
İdman 10:48Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılıb
Hadisə 10:17Xaçmazda sürücü sükan arxasında ürəktutmasından ölüb
Hadisə 10:16Ulduz futbolçu klubdan ayrıldı
İdman 09:362 avqust- Azərbaycan Kino Günüdür
Mədəniyyət 09:06Turan Tovuz növbəti oyuna çıxacaq
İdman 09:02Tokayev Türkmənistana səfər edəcək
Dünya 09:01Dilarə Kazımova bu səbəbdən klip təqdimatını təxirə saldı
Şou-Biznes 08:41Millimizin Çexiya ilə oyununun məkanı açıqlandı
İdman 08:37Yeni çəkiləcək filmdə baş rolları paylaşacaqlar
Şou-Biznes 06:11Aktau şəhərində dayanıqlı inkişafa dair yanaşmalar razılaşdırılıb
İqtisadiyyat 05:28"Əl-Nəsr” Avstriyadan qaçdı
İdman 04:50Xüsusi təyyarə ilə villasına dönərçi gətirtdi - FOTO
Şou-Biznes 03:27Hava limanına ballistik raketlə hücum etdilər
Dünya 02:30Mazda yeni büdcə idman avtomobili hazırlayır...
Köşə yazıları 01:08Alimlər Eynşteynin səhv olduğunu deyirlər...
Dünya 00:4581 il əvvəl Varşavada üsyanı başlamışdı...
Dünya 00:34Kərgədanları brakonyerlərdən qorumaq üçün yeni üsul tapılıb..?
Maraqlı 1 Avqust 23:53Kia yeni dizayna malik yenilənmiş 2026 Sportage modelini təqdim etdi
Texnologiya 1 Avqust 23:45Mikroplastiklərin bədənə daxil olan gözlənilməz yolu üzə çıxdı
Səhiyyə 1 Avqust 23:36Sürücü qaçaq yolla 65,5 min pulu sərhəddən keçirməyə cəhd edib
Maraqlı 1 Avqust 23:24Maykl Ceksonun qızı nişanlısı ilə nişanını kəsib...
Şou-Biznes 1 Avqust 23:16Lexus IS, RC və UX 300e modelləri ilə vidalaşdı
Texnologiya 1 Avqust 23:05Ruslar Sumidə dəmiryol stansiyasına hücum ediblər
Dünya 1 Avqust 23:02Abxaziyada yarıçılpaq ruslarla bağlı qalmaqal...
Turizm 1 Avqust 22:54Cəmi 30 dəqiqəyə qan təzyiqini aşağı salan tərəvəzin adı açıqlanıb...
Səhiyyə 1 Avqust 22:43Helsinkidə bir ildir ki, ölümcül avtoqəza baş verməyib...
Dünya 1 Avqust 22:36Səudiyyə yağış sularını toplamaq üçün 1000 bənd tikmək qərarına gəlib…
Dünya 1 Avqust 22:25Fransada rekord sayda pensiyaçı var...
Dünya 1 Avqust 22:14Yaşlılarda beyin zədəsinin ümumi səbəbi açıqlandı...
Səhiyyə 1 Avqust 22:04Meta bütün istifadəçilərə “şəxsi super kəşfiyyat” vəd edir...
Texnologiya 1 Avqust 21:56Venesiya turistlər üçün vergini artırır...
Turizm 1 Avqust 21:44Rusiya yaxınlığında ABŞ-ın iki atom sualtı qayığının yerləşdirilir...
Dünya 1 Avqust 21:41FOM: Rusların 78,4 faizi Putinə güvənir...
Dünya 1 Avqust 21:34t.A.T.u. Stinqin dəstəyi ilə dünya turuna hazırlaşır...
Şou-Biznes 1 Avqust 21:25Tramp: Rusiya - Ukrayna münaqişəsi Baydenin müharibəsidir
Dünya 1 Avqust 21:19Kamçatkadakı ən böyük buzlaq partlayan buxara çevrilə bilər
Dünya 1 Avqust 21:14Şimali Koreyanın nüvəsizləşdirilməsinə sadiqlik təsdiqlənib...
Dünya 1 Avqust 21:05Məhkəmə reklamlarda “yalnız müsəlmanlar üçün” ifadəsini qadağan edib...
Dünya 1 Avqust 20:54Rusiya nefti daşıyan tankerlər Hindistan sahillərində ilişib qalıblar...
Dünya 1 Avqust 20:43“Açıq qapı” günündə 400-dən çox abituriyent iştirak edib
Təhsil 1 Avqust 20:42Kür çayının sahilində iməcilik keçirilib
Sosial 1 Avqust 20:39“Təsadüfi ölüm deyə bir şey yoxdur...”
Maraqlı 1 Avqust 20:36Zoomerlər görüş zamanı pul xərcləmirlər..?
Maraqlı 1 Avqust 20:24Turist əfsanəvi Lo-Ness canavarının şəklini çəkib…
Maraqlı 1 Avqust 20:15Yeni 2026 Chevrolet Bolt-un ilk rəsmi fotoları dərc olunub…
Texnologiya 1 Avqust 20:04Alimlər keçəlliyi dayandıra bilən maddə tapıblar...
Səhiyyə 1 Avqust 19:54Maskın süni intellektli Qrok videolar yaratmağı öyrənəcək...
Texnologiya 1 Avqust 19:45İngiltərə klubu yeni qapıçı transfer edib
İdman 1 Avqust 19:36"Fənərbaxça" bu futbolçularla yollarını ayırır
İdman 1 Avqust 19:24Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri özündə ehtiva edir
Sosial 1 Avqust 19:17Putin Ukraynada sülhə nail olmaq üçün vaxt çərçivəsi haqqında danışıb
Dünya 1 Avqust 19:04Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 1 Avqust 19:00Vans ABŞ-da rus qadının döyülməsinə münasibət bildirib
Dünya 1 Avqust 18:54Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda fəaliyyətini dayandırır
Siyasət 1 Avqust 18:51Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Hadisə 1 Avqust 18:49Azərbaycan klubu litvalı basketbolçunu transfer edib
İdman 1 Avqust 18:45Almaniyada orduda xidmət etmək istəyən gənclərin sayı artır
Dünya 1 Avqust 18:41Ukraynanın məqsədi bu il Rusiya ilə müharibəni bitirməkdir
Dünya 1 Avqust 18:35İranda oğurluğa görə məhkum edilmiş üç nəfərin barmaqları kəsilib
Dünya 1 Avqust 18:24Gürcüstan mətbuatı AZƏRTAC-ın bəyanatını yayıb
Sosial 1 Avqust 18:20Starmer və Zelenski Trampın Rusiyaya ultimatumunu tərifləyirlər..?
Dünya 1 Avqust 18:19Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
Sosial 1 Avqust 18:13Belarus Ukrayna ilə sərhəddə xüsusi təyinatlılar briqadası yaradır...
Dünya 1 Avqust 18:04“Üfüq” Karyera İnkişaf Proqramının qalibləri mükafatlandırılıblar
İqtisadiyyat 1 Avqust 17:56Avropada qaraçı Holokostu qurbanlarının xatirəsi yad edilir
Dünya 1 Avqust 17:26Gözəllik təzyiqi: Sosial medianın görünməyən zəhəri - RƏYLƏR
Sosial 1 Avqust 17:20Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
İqtisadiyyat 1 Avqust 17:18AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb
Səhiyyə 1 Avqust 17:12"Dilə münasibətimiz həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətimizdir” - MÜNASİBƏT BİLDİRİLDİ
Mədəniyyət 1 Avqust 17:11Bakıda Əbdürrəhim bəy Haqverdiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Sosial 1 Avqust 17:04AMB kredit kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib
İqtisadiyyat 1 Avqust 16:55PUA Akademiyasının buraxılış mərasimi keçirilib
Siyasət 1 Avqust 16:46“Əlilliyi olan şəxslərin sosial adaptasiyası” layihəsi çərçivəsində tədbir keçirildi
Sosial 1 Avqust 16:41“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilib
Sosial 1 Avqust 16:36Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Sosial 1 Avqust 16:35Özəl xəbərlər
Digər xəbərlərAzərbaycanda 40 dərəcə isti qeydə alınıb
Sosial 11:19Vulkan 9 km hündürlüyə kül atıb
Dünya 11:15Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:00Amerikalı basketbolçu ulduz Bakıda
İdman 10:48
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9409
0,00%
-
GBP 2,2433
0,00%
-
RUB 2,1107
0,00%