Dövlət Pantomima Teatrının səhnəsində maarifləndirici xarakter daşıyan "Fəlakət və insan" tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 31-də baş tutacaq səhnə əsərinin müəllifi teatrın baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rejissoru Bəhruz Əhmədlidir.
Qeyd edək ki, balacalara təbii fəlakətlər zamanı necə qorunmağın yollarından bəhs edən tamaşa 6-15 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB