“Fəlakət və insan” tamaşası nümayiş olunacaq

29 Yanvar 2016 11:27 (UTC+04:00)

Dövlət Pantomima Teatrının səhnəsində maarifləndirici xarakter daşıyan "Fəlakət və insan" tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 31-də baş tutacaq səhnə əsərinin müəllifi teatrın baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rejissoru Bəhruz Əhmədlidir.

Qeyd edək ki, balacalara təbii fəlakətlər zamanı necə qorunmağın yollarından bəhs edən tamaşa 6-15 yaşlı uşaqlar üçün nəzərdə tutulub.