Mədəniyyət və Turizm Nazirliyinə yeni şöbə müdiri təyin olunub. SİA-nın məlumatına görə, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Nəzərinizə çatdıraq ki, İsmayıl Emil oğlu Hüseynov 1983-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin məzunudur. O, 2006-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsində məsul vəzifədə çalışıb, 2010-2014-cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifəsini icra edib.
İsmayıl Hüseynovun Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindəki vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, nazirliyin İncəsənət şöbəsinin sabiq müdiri Fərəh Əliyeva prezidentin may ayında imzaladığı müvafiq sərəncamı ilə Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB