"Yadplanetli" və "Özgə" filmlərinin xüsusi effektlərinin yaradıcısı Karlo Rambaldi vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məşhur Romada 86 yaşında dünyasını dəyişib.
Karlo Rambaldi 1925-ci il 15 sentyabrda İtaliyanın şimal-şərqində doğulub. O, Boloniyanın incəsənət akademiyasında təhsil alıb. Rambaldi kinoda ilk debütünü 1957-ci ildə rejissor Cakomo Centilyomonun 12 mertlik "Ziqfrid" əjdahasını yaradıb.
1970-ci ildə ekranlara çıxan "Kinq konq"un italyan versiyasındakı xüsusi effektlərə görə ilk "Oskar"ını qazanıb. 1980-ci ildə Rambaldi Amerikan kinoakademiyasının ikinci mükafatını Ridli Skottun "Özgə" filmində yaratdığı xüsusi effektlərə görə qazanıb. Üç il sonra daha bir "Oskar"a Stiven Spilberqin "Yadplanetli" filmindəki işinə görə layiq görülüb. Rambaldinin istehsalında iştirak elədiyi digər filmlər arasında Spilperqin "Üçüncü növdən yaxın əlaqələr" və Devid Linçin "Təpəcik" filmləri var.
Qeyd edək ki, Rambaldi kino sənətinə qatqısından dolayı bir çox şərəf mükafatlarına, o cümlədən 2002-ci ildə İtaliyanın milli "David Di Donatello" kinematoqraf mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB