Azərbaycanlı iş adamı dünya şöhrətli müğənnini Bodruma gətirir

Azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun keçən il aldığı və Bodrumda yerləşən "Palmarina Yalıkavak" adlı çimərliyinin açılışına dünya şöhrətli müğənni Rihanna gələcək. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, iş adamının 20 milyon dollar sərmayə yatırdığı 450 yaxtası olan qapalı çimərliyin açılışı iyunun 15-nə planlaşdırılır.


Rihanna açılış törəninə xüsusi hazırlaşır. Müğənni konsertə məşqləri zamanı səhnə geyimləri ilə olan şəkillərini \"Facebook\" sosial şəbəkəsində artıq yayıb. O, helikopterlə Bodrumda M.Mənsimova aid olan "Palmalife Otel"nə gələcək. Daha sonra isə onun üçün ayrılan xüsusi yaxta ilə "Palmarina Yalıkavak" çimərliyinə yollanacaq.


Deyilənə görə, müğənni səfər öncəsi bəzi tələb və istəklərini irəli sürüb və onun istəkləri nəzərə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə