Bu gündən "Eurovision-2012" Mahnı Müsabiqəsinin Milli Seçim Turunun növbəti mərəhəsi başlayır. SİA-nın məlumatına görə, bu mərhələdə 8 ifaçı müsabiqədə Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparacaq.
İfaçılar - Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova Odlar Yurdunu müsabiqədə təmsil etmək uğrunda mübarizə aparacaq. 5 gün ərzində ifaçılar istedad və bacarıqlarını nümayiş etdirəcək.
Münsiflər heyəti və tamaşaçıların rəyi əsasında isə həftənin sonunda 5 ifaçı finala vəsiqə qazanacaq. Onlar Qala konsertində çıxış edəcək. Münsiflərin qərarı əsasında isə qələbə qazanan iştirakçı bu ilin mayında Bakıda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB