Bu gündən Milli Seçim turunun növbəti mərəhəsi başlayır

30 Yanvar 2012 18:10 (UTC+04:00)
Bu gündən "Eurovision-2012" Mahnı Müsabiqəsinin Milli Seçim Turunun növbəti mərəhəsi başlayır. SİA-nın məlumatına görə, bu mərhələdə 8 ifaçı müsabiqədə Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparacaq.


İfaçılar - Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova Odlar Yurdunu müsabiqədə təmsil etmək uğrunda mübarizə aparacaq. 5 gün ərzində ifaçılar istedad və bacarıqlarını nümayiş etdirəcək.


Münsiflər heyəti və tamaşaçıların rəyi əsasında isə həftənin sonunda 5 ifaçı finala vəsiqə qazanacaq. Onlar Qala konsertində çıxış edəcək. Münsiflərin qərarı əsasında isə qələbə qazanan iştirakçı bu ilin mayında Bakıda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.