“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı “facebook” sosial şəbəkəsində rəsmi səhifə açılıb- FOTO

“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı “facebook” sosial şəbəkəsində rəsmi səhifə açılıb- FOTO
Gələn il Azərbaycanda keçiriləəck "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı "facebook" sosial şəbəkəsində rəsmi səhifə açılıb. SİA-nın məlumatına görə, yeni yaradılan səhifədə- (http://www.facebook.com/EurovisionSongContest ) müsabiqə ilə bağlı gündəmdə olan xəbərlər yerləşdirilir.


"Eurovision Song Contest Baku-2012" adı altında yaradılan rəsmi səhifədə xəbərlər Azərbaycan, rus və ingilis dillərində yerləşdirilir. Artıq səhifəyə 57-ci "Eurovision" mahnı müsabiqəsinə hazırlıqla bağlı xəbərlər toplanılıb. Bu xəbərlər arasında müsabiqənin rəsmi internet saytında, yayımçı televiziya İctimai Teleradionun və müsabiqənin işçi qrupunun, eləcə də yerli və xarici KİV-lərdə yer alan son informasiyalardan da istifadə olunur.


Sayt ESC-2012-nin son gününə kimi işini davam etdirəcək və ən son xəbərlərlə milyonlarla sosial şəbəkə istifadəçilərini məlumatlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə