"Eurovision Song Contest Baku-2012" adı altında yaradılan rəsmi səhifədə xəbərlər Azərbaycan, rus və ingilis dillərində yerləşdirilir. Artıq səhifəyə 57-ci "Eurovision" mahnı müsabiqəsinə hazırlıqla bağlı xəbərlər toplanılıb. Bu xəbərlər arasında müsabiqənin rəsmi internet saytında, yayımçı televiziya İctimai Teleradionun və müsabiqənin işçi qrupunun, eləcə də yerli və xarici KİV-lərdə yer alan son informasiyalardan da istifadə olunur.
Sayt ESC-2012-nin son gününə kimi işini davam etdirəcək və ən son xəbərlərlə milyonlarla sosial şəbəkə istifadəçilərini məlumatlandıracaq.