Öz müstəqilliyi və tərəqqisi üçün, öz şöhrətinin ən parlaq illəri üçün Azərbaycanın əbədi borclu olduğu Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin zəka və iradəsinin varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin şərəfinə
44 günlük o döyüş....
İgidlərin ölümü
Bizi yaman incidir,
Bizi yaman ağrıdır.
Bir gecənin içində
Analar neçə dəfə
Ağır yuxular görür:
Görür, oğlu can verir!-
Oğulların ölümü
Həqiqidir, doğrudur.
Analar bu yuxuya
İnanmaq istəmirlər.
Tez, hövlanak oyanıb,
Sağa, sola boylanıb,
Oğul da gözləmirlər.
Haldan-hala düşürlər:
Huş aparır, yatırlar.
Analar yuxuda da
Dərdə, qəmə batırlar.
***
... Çox əzablar çəkmişik,
Büruzə verməmişik,-
Qəlbimizdə ağlayıb,
Qəlbimizdə çökmüşük.
İkibaşlı qartalın
Sinəmizdə oturub
Canımızı diddiyi,
Qanımızı içdiyi
O dəhşətli zamanlar...
O ahlar, o amanlar...
... Kəmərlərdə çürüyən,
Bizim o qotaz-qotaz
Körpələrin naləsi,
Əzabı, işgəncəsi.
İnsanlığı sarsıdan,
Heç ağıla gəlməyən,
Sərhəd, hüdud bilməyən,
Erməni barbarlığı,
Erməni murdarlığı.
Yaradan özü bizə
Səbr əta eləsin,
Dözüm versin, tab versin,
Mənim bu sualıma
İşimizə qarışan,
Artıq-əskik danışan
“Bacılar” cavab versin:
- Xalqımın ilk əsgəri,
Xalqımın ilk şəhidi,
Ümidsizlik fəryadı
Dünyaları bürüyən,
Kəmərlərdə çürüyən
O məsum bir körpənin
Nə günahı var idi?!..
Bağça uşağı idi:
Onun bu gen dünyadan
Umacağı nə idi?!
O bir evin, ocağın,
Xoşbəxtlik tacı idi.
Bir tikə mehribanlıq,
Sevgi möhtacı idi.
Səhərdən axşamacan
Özü kimi balaca
Körpə dostları ilə
Atılıb-düşürdü o.
Gülüb-güləşirdi o.
O hələ dünya nədir,
Sülh nədir, dava nədir
Bilmirdi, anlamırdı.
O günəşə, işığa
Çıxmağa tələsirdi.
Oyuncaq maşınını,
Kuklasını gəzirdi.
Ölüm nədir bilmirdi,
Ölümə inanmırdı...
O niyə ölməliydi?
****
...Son nöqtələr olmadı.
O dəhşətli zamanlar
Daha nələr olmadı?
... Qanlı 20 yanvar!
... Xocalı faciəsi!-
Erməni barbarlığı,
Erməni murdarlığı.
Dünyanın ortasında
Dünyanı heç nə sayıb,
Allahın özündən də
Çəkinməyib, qorxmayıb,
Əlindən, ayağından
Divara mismarlayıb,
On üç yaşlı qızımın –
Şirin-şəkər balamın,
O südəmər balamın
Dərisini soydular,
Gözlərini oydular.
Balamın əzabından
Kaftarlı, fahişəli
Haylar həzz alırdılar.
O dərisi soyulmuş
O gözləri oyulmuş
Balam ölənə kimi
Onlar əl çalırdılar,
Balam ölənə kimi. –
Soyulmuş bədəninin
Sulu-sulu son qətrə
Qanı gələnə kimi
Şərablardan içdilər. –
Xumarlanıb uyudular.
Şad-xürrəm, kefli-kefli,
Bir-birinə göz vurub,
Saatlarını qurub
Saniyələr ötürüb
Dəqiqələr saydılar...
****
Ay humanist, sülhpərvər,
Ləyaqətli xilaskar
Avropalı cənablar!
Budur, budur, bax budur
İnsanlığı sarsıdan.
Heç ağıla gəlməyən
Sərhəd, hüdud bilməyən
Erməni barbarlığı,
Erməni murdarlığı.
Bəşərə təhlükədir,
İnsanlığa ləkədir
Erməni mövcudluğu,
Gerçəkliyi, varlığı.
****
... Deyirlər Əmir Teymur
Buralardan keçəndə,
Dəstəmazını alıb,
Namazını da qılıb,
Kefi kök, damağı çağ
Bulaqdan su içəndə,
Erməni casusundan
Necə murdarlıq görüb,
Bütün ermənilərin
Qətlinə fərman verib.

Əmirin qərarından
Göylər də razı qalıb.
Yer üzünə dünyaya
Gur işıq, nur ələyib.
Əmirin öz anası
Ordunun qabağında
Ləçək açıb Əmirdən
İnsaf, imdad diləyib.
Türk oğlu anasının
Sözünü, ricasını
Göylərdən, səmalardan
Aşağı endirməyib –
Ananı sındırmayıb.
Bunu öz qüruruna,
Şanına, şövkətinə
Əsla, rəva görməyib –
Sonuncu ermənini
Saxlayıb, öldürməyib.
****
... Son nöqtələr olmadı,
O dəhşətli zamanlar
Daha nələr olmadı?!
... Torpaqların işğalı,
Bir milyon qaçqınımız.
...Cəllad əsirliyində
Neçə gəlin, neçə qız...
****
(Belə danışan yerdə,
Qoy məni vurğun vursun,
Dilim, ağzım qurusun.)
...Düşmən əsirliyində,
“Gəlin-qız” deyiləndə
Əskik oğullar kimi
Dünya bizə baxırdı.
Qeyrət bizi boğurdu.
Belə yaşamaq bizə
Ölümdən də betərdi.
... Məqam çatdı, yetişdi,
Nə fürsət axtarıldı,
Nə “İZİN” yada düşdü.
Ali Baş Komandanım
Əmr etdi, qərar verdi.
Komandan alqışlandı,
Ağır döyüş başlandı.
Ağ qanadlı mələklər,
Göylərdə dövrə vurdu.
Ayıq-sayıq 44 gün,
Başımızın üstündə
Burda, keşikdə durdu.
Yağı nəfəs dərməmiş,
İlk saatdan, ilk andan,
Ağır toplar gurladı,
Düşmən düşdü amandan...
*****
... Hərbi komissarlıqda,
Azərbaycan bayrağı
Şəstlə dalğalanırdı.
İntizamla, nizamla,
Qətiyyətlə, inamla
Növbələr uzanırdı.
Oğullar tələsirdi –
Düşmənə zərbə vurub
Qələbələr çalırdı,
Zəfərlər qazanırdı.
****
... Onlar tək-tək öldülər!
Özləri tək-tək ölüb
Xalqımın, millətimin
Ruhunu diriltdilər.
Xəcalət tərimizi
Alnımızdan sildilər.
Onlar tək-tək öldülər!
O qəhrəman şəhidlər!
O mehriban şəhidlər!
Yer üzündə, dünyada
Çox qan-qada gördülər,
Çox şər-xəta gördülər,
Bizi bəyənmədilər,
İlahi dərgahına,
Göylərə çəkildilər.
****
Ay şəhid anaları!
Ay şəhid ataları!
Zəfər bayramlarında,
Hamıdan çox sevinin.
Başınızı dik tutun.
Allah eləməsin!...Mən
Tapşırmıram, demirəm
Heç vaxt unudulmayan
İnsanları unudun.
Bizim eldə, obada,
İnsanlığı yaşadan,
İnsanların həyatda
Təmiz, düz ilqarıdır.
Analar həssas olur:
Bu gün, bu bayram günü
Anaların hamısı
Şəhid analarıdır.
***
...Üfüq alışıb-yanır,
Vətən nura boyanır.
Qələbənin dadını
Duyub yaşamaq üçün
Döz, dur, şəhid anası!

Qapılma qəmə, dərdə:
Bilirəm, bu gün sənə
Dünyanı versələr də
Azdır, şəhid anası!

... Günəş salama gəlir,
Torpaq da üzə gülür.
Yazdır, şəhid anası!

Valeh Sefiyev

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə