Boş qalmış dəbilqələr - FOTOFAKT

Ermənistan Ordusunun itkiləri rəsmi məlumatlardan qat-qat çoxdur. Bunu həm Azərbaycan tərəfi, həm də döyüş bölgəsində peşə fəaliyyətini yerinə yetirən dünya mediasının nümayəndələri təsdiq edirlər. “France-Presse” agentliyi (AFP) Dağlıq Qarabağ barədə reportajında da maraqlı faktlar aşkarlayıb.

Agentliyin təqdim etdiyi reportajda erməni hərbçilərinin boş qalmış dəbilqələri ilə bağlı foto diqqətçəkən əsas məqamdır. Məqalədə agentliyin təqdim etdiyi şəkillərdən birində erməni hərbçilərinin yüzlərlə boş qalmış dəbilqələri əks olunub.

Şəkil Ermənistan ordusunun saysız-hesabsız itki verməsini açıq-aşkar göstərir. Azərbaycan silahlı qüvvələrinin məhv etdiyi yüzlərlə erməni hərbçilərinin dəbilqələri səngərlərdə qalaqlanıb.

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin ordumuz tərəfindən məhv edildiyini etiraf etsə də, bu rəqəm dəfələrlə azaldılıb. Erməni mediası hərbi əməliyyatlarda 5 mindən artıq erməni hərbçinin məhv edildiyini, daha 5 min hərbçinin taleyi barədə hələ də məlumat olmadığını yazır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə