Cahil insan demokratiyanı anarxiya kimi başa düşür

Demokratiya deyilən anlayış ağır, həm də qəliz məsələdir. Ağırdır ona görə ki, mənası "xalq hakimiyyəti" olan demokratiyanı təmin etmək bəzi hakimiyyətlər və xalqlar üçün çətindir. Çünki, demokratiya hakimiyyətin xalq ruhunda formalaşdırılmasını, bütün siyasi partiyalara münbit şəraitin və imkanların yaradılmasını, xalqın özünü siyasi baxımdan dərk etməsini, dövlətlə xalqı bir-birinə bağlamasını və mədəni vəhdət təşkil etməsini, siyasi düşüncə, siyasi və hüquqi statusun sərbəst və azad şəkildə tənzimlənməsini, dövlət və cəmiyyəti, hakimiyyəti yaratmaq və hakimiyyətdə təmsil olunmaq üçün haqlar müəyyən etməyi tələb edir. Qəlizdir ona görə ki, demokratiya anlayışını hərə bir cür qələmə verib, özü üçün mızıldanır. Hərdəndə, demokratiyanın sərhədlərini bir neçə kilometr aşaraq ağzı köpüklənə-köpüklənə elə şeylər danışıb, fikirlər səsləndirir ki, baxan deyər, bunun uzaq qohumunun ermənilərlə qohumluğu var. Hətta prinsəpə durub, səthidə olsa araşdırma aparsan məlum olar ki, ağzı göyçəklik edən sosial şəbəkə “fəalı”nın və ya internet tv “ qəhrəmanı” nın hansısa qaranlıq dairələrlə əlaqələi mövcuddur. Bu kimi şübhələri xaricdəki “söyüş müxalifəti”nin üzvlərindən olan Tural Sadıqlının Məhəmməd Mirzəliyə “80 min avro almısan, mənə isə 300 avro verirsən, tfu sənin sifətinə”deməsi doğruldur. Bununlada həm də, məlum olur ki, bu kimi işbazların ölkəmiz haqqında şər və böhtanlar səsləndirmələrinin arxasında maddi maraqlarının təmin olması və söyüşlər söydükləri ölkələrdə oturum izni almaq istəkləri dayanır.

Azərbaycanda elə şəxslər var ki, anormal əməlləri və sərsəm hərəkətləri ilə bəzən xaricdəki “söyüş müxalifəti”nə meydan oxuyurlar. Birdə görürsən ki, facebook-da biri canlı yayım edir. Telefonun ekranı qarşısında dayanan, gənc qız, saçına, üz-gözünə sığal gəzdirir. Səndə baxırsan ki, bu canı yanmış nə danışacaq, nə deyəcək. Qəşəng-gözəl xanım isə, səni intizarda saxlayır, danışmır, eləcə susur. Sona qədərdə belə davam edir, axırda, səbr kasası dolanlar qızın ünvanına bir-iki yağlı söyüş söyüb, keçir digər səhfəyə. Başqa birisi dədəsinin qəbrini canlı yayımda göstərir, şərhlər verir, xatirələrini bölüşür. Digəri yaşadığı evinin dam örtüyünü necə vurmasını sosial şəbəkə istifadəçilərinə göstərməyə çalışır. Canlı yayımda, yemək bişirən, həyətyanı sahədə yer belləyib, ağacları budayan, mer-meyvəni yığan, hündür mərtəbəli yaşayış binasının üstündən sevdiyi qıza öz sevgisini çatdırmağa çalışanlarda az deyil. Gəl indi bunlara müdaxilə elə və ya yanlış yolda olduqlarını başa salmağa çalış. Həngamə qopacaq, səni demokratiyaya zidd addımlar atmaqda, insan hüquq və azadlıqlarının müdafiəsi haqqında beynəlxalq qanunları pozmaqda günahlandıracaqlar. Hay çəkəcəklər xaricdəki və daxildəki, ağzı göycəklərə ki, onların pozulmaqda olan hüquqlarının bərpa olunmasına yardımçı olsunlar. Beləliklə, şəbəkə yaranacaq və

başlayacaqlar hay-küy salmağa. Sən də yol göstərməyə və məsləhət verməyə görə, peşman olacaqsan. Bəlkədə əsəbləşəcəksən, deyəcəksən ki, ay…

Bəli, demokratiya vacibdir. Ancaq dövlət olmadan demokratiya ola bilməz. Dövlət demokratiyanı yaradan, qoruyan və təmin edən sistemdir. Dövlət öz idarəçilik funksiyasını demokratiya ilə yerinə yetirir. Bu baxımdan hakimiyyətlərin möhkəmliyi və xalq arasında mövqelərinin təmin olunması üçün demokratiyanın bərqərar olması vacibdir. Demokratiya mövcuddursa, deməli o cəmiyyətlərdə insan hüqüq və azadlıqlarıda tam şəkildə təmin olunur. Amerikalı politoloq Robert Alan Dah demokratiyanın insan hüquq və azadlıqları ilə əlaqəli olduğunu və biri digərini tanmamladığını bildirir: "Demokratiya öz vətəndaşları üçün qeyri-demokratik sistemlərin vermədiyi və heç vaxt verə bilməyəcəyi hüquq və azadlıqlara zəmanət verir. Demokratiya öz vətəndaşları üçün digər istənilən siyasi sistemə verə biləcəyindən daha geniş dairədə şəxsi azadlıqları təmin edir. Demokratiya insanlara öz təməl mənafelərini müdafiə etmək imkanı verir ".

Tam qətiyyətlə və əminliklə demək olar ki, Azərbaycanda hüquqi demokratik dövlət formalaşıb. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi yüksək səviyyədə təmin olunur. Bütün ölkə vətəndaşları dinindən, milli mənsubiyyətindən, siyasi düşüncəsindən asılı olmayaraq hüquq bərabərliyi, etik və dini bərabərlik şəraitində yaşayırlar. Bununla bağlı Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndərimiz demişdir: "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

Bir sözlə, ölkəmizdə demokratiya var, insan hüquq və azadlıqlarıda ən yüksək səviyyədə təmin olunur. Yetər ki, sərhədlər aşılmasın, dəyərlər pozulmasın. Cahil insan o şəxsdir ki, demokratiyanı anarxiya kimi başa düşür. Kimsə, cahil olduğunu göstərmək istəyirsə, buyursun, canlı yayımlar açıqdır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə